Mübariz Mənsimovun namizədi “Beşiktaş”ın prezidenti oldu

Mübariz Mənsimovun namizədi “Beşiktaş”ın prezidenti oldu
DÜNYA FUTBOLU 1 Fevral 2010 / 13:20 2404
-  A +

Dünən Türkiyənin “Beşiktaş” klubunun prezidentliyinə seçkilər seçilib. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, komandanın prezidentliyinə iki namizəd - klubun hazırkı rəhbəri - Yıldırım Dəmirörən və Murat Aksu olub. Seçkinin nəticəsinə görə, 4506 səs yığan Yıldırım Dəmirörən üçüncü müddətə “Beşiktaş”ın prezidenti seçilib. Murat Aksu isə 2837 səs toplayıb.
Xatırladaq ki, Yıldırım Dəmirörənin prezident olması üçün əsas dəstək verən şəxlərdən biri də azərbaycanlı iş adamı, “Xəzər Lənkəran” klubunun fəxri prezidenti Mübariz Mənsimov olub. “Beşiktaş”ın yeni idarə heyətində təmsil olunan şəxslərdən biri Mübariz Mənsimovun “sağ əli” hesab edilən Əlaəddin Aykaçdır.   


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın