"Qarabağ"la eyni qrupa düşmək istəmirdik"

"Qarabağ"la eyni qrupa düşmək istəmirdik"
XƏBƏR 26 Avqust 2016 / 18:48 10692
-  A +

"Biz "Qarabağ"la eyni qrupa düşmək istəmirdik".

Qol.az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bunu Çexiyanın "Slovan" (Liberets) klubunun baş məşqçisi İndrjix Trpişovski Avropa Liqasının qrup mərhələsindəki rəqiblərini dəyərləndirərkən deyib.

O bildirib ki, püşkatmadan əvvəl məsafənin uzaqlığı və çətin rəqib olması səbəbindən Ağdam klubu ilə eyni qrupda yer almaq istəmirdik: "Bunu Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la üz-üzə gələn "Viktoriya Plzen"in timsalında görmüşdük. "Qarabağ" püşkatmadan öncə 4-cü səbətdə yer almışdı. Lakin bu, o demək deyil ki, rəqib çətin komandadır".

Qeyd edək ki, J qrupunda "Qarabağ"la "Slovan"dan başqa, İtaliya "Fiorentina"sı və Yunanıstan PAOK-u da yer alıb. 


Son xəbərlər