"Maynts" rəsmisi "Qəbələ"dən danışdı

"Maynts" rəsmisi "Qəbələ"dən danışdı
XƏBƏR 26 Avqust 2016 / 17:13 9294
-  A +

Təbii ki, hər kəs "Mançester Yunyated"lə eyni qrupa düşməyi arzulayır. Amma "Anderlext" və "Sent-Etyen" də bizə uyğun tanınmış rəqiblərdir. Fantastik azarkeş dəstəyi olacağını düşünürəm".

Bunu "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi Almaniya "Maynts"ının prezidenti Harald Strutz deyib.

C qrupundakı rəqibləri dəyərləndirən klub prezidenti "Qəbələ" haqda da fikir bildirib: "Düşünürəm ki, idman baxımından "Qəbələ" ilə oyuna maraqlı səyahət olacaq. Qrupdan çıxmaq üçün yaxşı imkanımız var".

Klubun idman direktoru Rouven Şredera qrupdakı rəqiblərdən razılığını ifadə edib: "Bu balanslaşdırılmış qrupdur. "Anderlext" və "Sent-Etyen" bir az üstünlüyə sahibdir. Ancaq "Qəbələ" hələ naməlumdur".

Qeyd edək ki, Avropa Liqasının C qrupunda "Anderlext" (Belçika), "Sent-Etyen" (Fransa), "Maynts" (Almaniya) və "Qəbələ" klubları yer alıb (sportnet.az).

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord