Syominin yeni klubu rəsmiləşdi

Syominin yeni klubu rəsmiləşdi
DÜNYA FUTBOLU 26 Avqust 2016 / 17:11 5254
-  A +

"Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syomin Rusiyanın "Lokomotiv" klubunun baş məşqçisi təyin edilib.

Qol.az-ın məlumatına görə, bu haqda Moskva təmsilçisinin saytına xəbər yayıb.

Syominin rəhbərliyi altında "Lokomotiv" ilk oyununu Krasnodarın eyni adlı komandasına qarşı keçirəcək.

Qeyd edək ki, Yuri Syomin 1986 - 2005-ci illərdə də "dəmiryolçular"ın baş məşqçisi olub. Onun rəhbərliyi altında "Lokomotiv" 2002 və 2004-cü illərdə iki dəfə Rusiya çempionu olub. Syomin 2014-2015 mövsümündə "Qəbələ"nin baş məşqçisi olub. Sonradan o, Rusiyanın "Mordoviya" və "Anji" komandalarında çalışıb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord