"Qəbələ"nin sabiq baş məşqçisindən ultimatum

"Qəbələ"nin sabiq baş məşqçisindən ultimatum
XƏBƏR 26 Avqust 2016 / 13:59 7072
-  A +

"Qəbələ"nin rusiyalı sabiq baş məşqçsii "Lokomotiv" qarşısında ultimatum qoyub.

69 yaşlı rusiyalı mütəxəssis yalnız bir halda keçmiş komandasının vitse-prezidenti olmağa hazırdır. Bunun üçün baş məşqçi Qurban Berdıyev olmamalıdır.
 
"Dəmiryolçular" əslən Türkmənistandan olan mütəxəssisi "sükanı arxası"na gətirmək haqda ciddi düşünür. Syomin Rusiyada çempionluq qazanmış həmkarının gəlişini istəmir. O bəyan edib ki, uzun illər çalışdırdığı, böyük uğurlar qazandırdığı "Lokomotiv"ə həm məşqçi, həm də klub funksioneri kimi qayıtmağa hazırdır.

Xatırladaq ki, son iş yeri "Rubin"in baş məşqçisi olan Berdıyevin "Spartak"la Rusiya milli komandasının baş məşqçisi postuna gəlişi baş tutmayıb (sportnet.az).


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı