Azad Rəhimov Bakı Kristal Zalında oldu (Şəkillər)

Azad Rəhimov Bakı Kristal Zalında oldu (Şəkillər)
XƏBƏR 26 Avqust 2016 / 13:10 2449
-  A +

Gənclər və İdman naziri Azad Rəhimov 42-ci Ümumdünya Şahmat Olimpiadasının keçiriləcəyi Bakı Kristal Zalında olub.

Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, nazir Azad Rəhimova hazırlıq işləri barədə məlumat verilib. Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov arenanın mötəbər yarışa tam hazır olduğunu bildirib.

Görüş zamanı oyun zalı, mətbuat mərkəzi, konfrans və sərgi otaqlarına baxış keçirildikdən sonra olimpiadanın açılış mərasimi müzakirə edilib. İştirakçı komandalar Bakıya eyni vaxtda gələcəyindən onların hava limanında qarşılanması barədə danışılıb.

Qeyd edək ki, Bakı Şahmat Olimpiadasında 182 kişi, 142 qadın komandası mübarizə aparacaq. Mötəbər yarışın təntənəli açılış mərasimi sentyabrın 1-də Milli Gimnastika Arenasında olacaq.
















Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın