“Qarabağ”a təkcə təbrik yox, həm də alqış düşür.
Gördünüz, Respublika stadionunun bərbad durumunu? O cür meydançada üç top fərqi ilə qalib gəlmək bir yana, öz yaradıcı oyun üslubunu qoruyub saxlamağı bacarmazdı hər komanda.
“Qarabağ” bacardı.
Bütün komandaya “afərin” deyək. Qrupa düşüblər.
Bəs sabahı düşünürük hec? Avroliqanın qrupunda daha çətin rəqiblərlə qarşılaşacağıq. O vaxta qədər bu meydançanı normal vəziyyətə gətirmək mümkün olacaq? Bir neçə ay əvvəl, stadionun qazonunu da deyil, bütün toprağını dəyişdilər. Stadionun rəhbərliyi dedi ki, əla olacaq hər şey!
Gördük dünən o “əla” durumu. Rəzil durumu...
Bu ölkədə, bu ölkəni qoyuram bir kənara, bu dünyada meydançalar üzrə mütəxəssis tapmaq belə çətin işdi? 5-10 manat artıq pul xərcləyib gətirin də. Necə olur axı, “Qəbələ”nin stadionunun, Bakıdakı Olimpiya stadionunun yaşıl örtüyü yaxşı vəziyyətdə olur, amma Respublika stadionunun deyil?
Bir meydançanın ot örtüyünü nə qədər dəyişmək olar?
Deyirlər, torpağa verilən suda da problem var. Başqa su xətti çəkin. Çətindi?
Dövlət hər il büdcədən nə qədər pul ayırır.
Qrup oyunları başlanana qədər meydançanın yaxşı vəziyyətə qaytarılacağına inamım çox azdı. Və bu durum komandanın gələcək mümkün uğurlarının qarşısında ciddi bir əngəldi. Necə ki, 2014-cü ildə Respublika stadionunun qazonunun bərbad vəziyyəti “Neftçi”nin başına oyun açmışdı (“Partizan”la Avroliqanın oyunu zamanı), eyni halla “Qarabağ”ın da üzləşməyəcəyinə kimsə zəmanət verə bilməz.
Köçməlidi “Qarabağ”, UEFA-ya ehtiyat stadion kimi sifariş verdiyi Bakı Olimpiya Stadionuna köçməlidi. Heç olmasa, orada meydançanın durumu normaldı. Gedib orda oynasınlar. Düzdü, 70 minlik stadionu doldurmaq bu gün üçün real görünmür. Lap stadionun yarısı dolsun, amma “Qarabağ” Respublika stadionunun bostanında oynamasın.
Aydın BAĞIROV
"Beşiktaş"dan qələbə
"Roma"nın Lukaku qərarı
"Yuventus"a Ronaldo şoku
“Madriddə "Real"a qalib gəlməliyik" - Laporta
UEFA "Barselona"nı cərimələdi
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı
Tuhel bunu bacaran ilk alman məşqçidir
İngiltərə kubokunun formatı dəyişir
"Zaqatala"nın qələbəsi - Video
"Qusar"dan darmadağın
"İmişli" xal itirdi, liderdən qələbə
"Arsenal"ı nokaut etmək gözəl idi"
Ayşən Abduləzimova Macarıstan çempionu oldu
Arda Güler "Sevilya"ya rədd cavabı verdi
Azərbaycanın U-17 millisinin heyətində dəyişiklik