"Qarabağ"ın yeni transferi: "Daha da irəli gedə bilərik"

"Qarabağ"ın yeni transferi: "Daha da irəli gedə bilərik"
XƏBƏR 26 Avqust 2016 / 11:47 6318
-  A +

"Qarabağ" klubunun yeni transferi Dino Ndlovu futbol üzrə Avropa Liqasında İsveç "Maribor"unu 3:0 hesabı ilə yenərək, qrup mərhələsinə vəsiqə qazandıqları "pley-off" mərhələsinin cavab görüşündən sonra jurnalistlərin suallarını cavablandırıb.

-Əvvəldən də bilirdik ki, mərhələni keçməyə qadirik. İlk hissədə rəqibə göz açmağa imkan vermədik. Demək olar ki, birinci yarıdan sonra oyunun taleyi həll olunmuşdu. Bütün komanda ilə qələbəyə inanırdıq. Çox yaxşı hazırlaşmışdıq. Ümid edirəm ki, qrup mərhələsində də bizə yaxşı rəqiblər düşəcək.

- Bu gün ilk “11-lik”də meydana çıxmağa hazır idiniz?

- Əlbəttə! İlk dəqiqələrdən meydanda olmağa hazır idim.

- Fiziki baxımdan problemləriniz yox idi?

- Yox, fiziki olaraq da buna hazır idim. Hazır olmasaydım, baş məşqçi məni ümumiyyətlə meydana buraxmazdı. Bundan əvvəl çempionat oyununda da oynamışdım. İlk dəqiqələrdən şans verilsəydi, əminəm ki, komandaya kömək edərdim. Sadəcə, baş məşqçi belə məsləhət gördü.

- “Qarabağ”la müqavilə imzaladığınız gün "Bu komandanı tanıyıram" demişdiniz. İndi isə bu klubun avrokubokda necə oynadığını canlı gördünüz. Təəssüratlar dəyişib?

- Komanda düşündüyüm kimi oynayır. Bundan əvvəl də məlumatım necə idisə, indi də elədir. Bizim yaxşı baş məşqçimiz və komandamız var. Heç bir çətinlik hiss etmirəm. Fikrimcə, daha da irəli gedə bilərik.

- Növbəti qarşılaşmalarda hədəfin nə olacaq?

- Mənim üçün ilk məsələ daimi heyətdə özümə yer edə bilməkdir. Bunun üçün hazırlaşacağam. Daim meydana çıxsam, çoxlu qol vurmaq asan olacaq.

- “Qarabağ” artıq 2 dəfə qrup mərhələsində oynayıb. Amma heç birində 1/16 finala vəsiqə qazana bilməyib. Bu dəfə daha irəli gedə bilərsiniz?

- Bu, püşkatmanın nəticəsindən asılı olacaq. Ümid edirəm ki, daha münasib rəqiblərlə oynayıb növbəti mərhələyə adlayacağıq. Bu il ötənilkindən daha yaxşı olmalıdır.

- Avropa Liqası ilə Azərbaycan Premyer Liqasının oyunlarına motivasiya arasında fərq hiss edəcəksiniz?

- Bura gələndə baş məşqçi mənə dedi ki, meydana çıxdığımız hər oyun vacibdir. İstər çempionatda, istərsə də Avropa Liqasında. Bu, həmişə belə olacaq. Çünki bir komanda çempionatda nə qədər yaxşı çıxış etsə, Avropada da özünü bir o qədər yaxşı göstərəcək.

Mənbə: report.az

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı