UEFA Avropa Liqasının pley-off mərhələsinə yekun vurulub.
Qol.az-ın məlumatına görə, Sloveniyada keçirilən cavab oyununda “Maribor”a 0:1 hesabı ilə uduzan “Qəbələ” iki oyunun ümumi nəticəsində rəqibini mübarizədən kənarlaşdıraraq, ardıcıl ikinci dəfə qrup mərhələsinə yüksəlib.
“Qırmızı-qaralar”ın gürcüstanlı yarımmüdafiəçisi Nika Kvekveskiri matç haqda fikirlərini gabalafc.az-a açıqlayıb:
“Oyun gözlədiyimiz kimi çətin alındı. Çünki “Maribor” çox savadlı, yaxşı təlim keçmiş komandadır. Onların vacib beynəlxalq qarşılaşmalarda böyük təcrübəsi var. Bilirdik ki, onlar belə güclü oynayacaq və buna hazır idik. Amma qarşılaşmanın sonluğu çox çətin alındı. Buna səbəb azlıqda qalmağımız idi. Matçın sonunadək mübarizə apardıq. Bütün komandaya, Teo Uiksə görə meydan sahiblərinin təzyiqinə davam gətirdik və xeyrimizə olan nəticəni qoruya bildik. Azlıqda qalandan sonra da bir-birimizi ruhlandırırdıq. Meydanda daha çox hərəkət etməyə, mübarizə aparmağa da hazır idik ki, rəqibin say üstünlüyü hiss olunmasın. Həmin anlarda da mərhələ keçəcəyimizə inanırdıq. Çünki baş məşqçimiz bizə hər vəziyyətdə necə mübarizə aparmalı olmaqla bağlı tapşırıqlarını vermişdi. Hər duruma hazır idik. Hətta azlıqda qalacağımız halda da nə edəcəyimizi bilirdik.
Çox sevinirəm ki, qrup mərhələsinə vəsiqə qazandıq. “Qəbələ” ardıcıl ikinci dəfə bunu bacardı ki, belə nəticə də böyük nailiyyətdir. Sabahkı püşkü gözləyirik. Rəqiblərimizin kimliyi bilinəcək. Qrupda itiriləsi bir şey yoxdur. Artıq öz işimizi gördük. Çalışacağıq ki, öz futbolumuzu oynayaq və qrupdan çıxmaq üçün də mübarizə aparaq. “Qarabağ”ı da qrupa düşməsi münasibətilə təbrik edirəm. İki komandanın ardıcıl iki il Avropa Liqasının qrupunda oynaması Azərbaycan futbolu üçün böyük uğurdur”.
"Yuventus"dan xal itkisi
"Beşiktaş"dan qələbə
Avroliqada həftənin ən yaxşı futbolçusu odur
Yayda "Real"dan ayrılmaq istəyini rəhbərliyə bildirdi
18 xalları silindi, elitanı tərk edəcəklər
"Futbolçular uduzmaqdan qorxurdular" - Ayxan Abbasov
"Sumqayıt" "Turan Tovuz"u belə məğlub etdi - Video
"Sumqayıt" "Turan Tovuz"a qalib gəldi, 2-ci pilləyə yüksəldi
ÇL-də həftənin ən yaxşı oyunçusu
ÇL-də İtaliyanın 5 klubu mübarizə aparacaq
Ançelotti Ardaya icarəyə getməyi məsləhət görüb
La Liqa klubu baş məşqçi ilə müqaviləni uzatdı
Tovuzda heyətlər açıqlandı
"Roma"nın Lukaku qərarı
"Barselona" "Kamp Nou"ya nə vaxt qayıdacaq?
Naqelsmann daha 2 il Almaniya millisində
Bojoviç yeni mövsüm "Neftçi"də qalacaqmı? - Açıqlama
"Yuventus"a Ronaldo şoku
"Qəbələ" legioneri ilə müqaviləni ləğv etdi
Qurban Qurbanovun "Beşiktaş"ın baş məşqçi vəzifəsinə namizəd olması - Rəsmən təsdiqləndi
Xabi Alonso "Bayer"dən narazıdır
Olimpiya Oyunlarının məşəli yandırıldı - Video, Şəkillər
Premyer Liqanın oyunlarına hakim təyinatları açıqlandı
Avroliqada həftənin ən yaxşısı adına namizədlər
Pioli: "Milan"da qətiyyət çatışmırdı"
Klopp məğlubiyyətin səbəbini açıqladı
"Fənərbaxça" Konfrans Liqası ilə belə vidalaşdı - Video
"Bayer"dən Avropa rekordu
Konfrans Liqasında yarımfinalçılar müəyyənləşdi
"Qaradağ Lökbatan"dan səfər qələbəsi - Video
Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib
"Dinamo" - "Qusar" matçında 4 qol - Video
“Madriddə "Real"a qalib gəlməliyik" - Laporta