Qurban Qurbanov: "Kimlərinsə arzularını yerinə yetirmirik"

Qurban Qurbanov: "Kimlərinsə arzularını yerinə yetirmirik"
ÖLKƏ FUTBOLU 25 Avqust 2016 / 23:34 8517
-  A +

"Futbolçularımı təbrik edirəm. Əllərindən gələnin ən yaxşısını etdilər. Azarkeşlərimiz möhtəşəm idi. Çempionlar Liqasında məğlubiyyət bizə təsir etdi. Amma bu futboldur. Belə şeyləri unudub növbəti oyunlara hazırlaşmalıyıq. “Qəbələ”nin oyununun nəticəsini  gözləyirik. Onlara da uğurlar arzu edirik. Ölkəmizə nə qədər çox böyük klublar gəlsə, futbolumuz üçün xeyirlidir".

Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində "Göteborq"la oyundan (3:0) sonra deyib.


- Oyundan öncə keçirilən mətbuat konfransında sual verilmişdi ki, künc zərbəsində Azərbaycansayağı taktikadan istifadə edəcəksiz? Qeyd etdiz ki xeyr...

- Bir az fərqli formada etdik. Çox yaxşı ki, bunu bacardıq.

 

- Qrupdan çıxmaq şanslarını necə dəyərlənirirsiz?

-Püşkdən asılıdır. İki dəfə şansımız oldu amma keçə bilmədik. Bu il qrupda daha rahat oynayacağıq. Belə turnirlərdə təcrübə toplamaq vacibdir. Səbrli olmalıyıq. Qismət olsa, qrupdan da çıxacağıq.

-Rəqib baş məşqçi dedi ki, “Mançester Yunayted”i udarsız.

-Biz kiminsə arzusunu yerinə yetirmirik. İşimizin dəyərini bilməyə çalışırıq. Bundan sonra nəticə özü gələcək.

-Qarabağ”ın hücumları kəsərli alınırdı. Rəqib müdafiəsində boşluqlarla bağlı idi?

-Rəqibi ilk oyundan sonra daha yaxşı tanıyırdıq. Digər tərəfdən rəqib hesabda öndə idi. Onlar müdafiəyə çox diqqət ayırmışdılar. Bu da bizim xeyrimizə oldu. Çox hücum etməliyiik və bunu da bacardıq.

-Stadionun ot örtüyü bərbaddır. Ola bilər ki, Olimpiya Stadionunda oynayasız?

-Həqiqətən meydanın vəziyyəti yaxşı deyildi. Futbolçuların zədələnməsindən narahat idim. Mütəxəssislərlə məsləhət edəcəyik. Bu stadiona çox öyrəşmişik. Burda özümüzü rahat hiss edirik. Alınsa burda, alınmasa başqa stadionda oynayacağıq.


-Elvin Yunuszadə Şehiçə çox ötürmə verirdi. Sizin tapşırıq idi?

-Elvin “Viktoriya” ilə oyuna görə tənqid olundu. Mən də o matça görə çox tənqid olundum. Amma o, cəmi 10 dəqiqə oynamışdı. Elvin bizim 3 mərkəz müdafiəçimizdən biridir. Belə oyunlara özünü hazırlaya bilir. Ondan narazı deyiləm. Hər bir futbolçu şansını gözləməlidir. İstənilən an meydana çıxmağa hazır olmalıdır. Qapıçıya ötürmə verməyi normaldır. Bir az ehtiyyatlanır. Belə meydanda ehtiyyat etməkdə haqlıdır.

-Bədavi olmayanda yeri hiss olunur. Yeni futbolçu cəlb etməyi düşünürsüz?

-Maraqlandığımız  müdafiəçi var idi. Amma çox futbolçu transfer edib, öz oyunçularımızın da yolunu bağlamaq istəmirik. Limitə görə də yerli futbolçulara üstünlük veririk.

-Qara Qarayevin müdafiəyə daha çox meyilli oynamasının səbəbi nə idi?

-Bunu əvvəlcədən tapşırmışdıq. Riçarda, Mişelə irəli getməyi tapşırmışdıq. Ona görə də əks hücumda yaxalanmamaq üçün Qaraya müdafiəyə yaxın oynamağı tapşırmışdıq.

- Bədavinin zədəsi nə yerdədir?

- Əzələ zədəsidir. 3 ay əvvəl də eyni yerdə zədəsi var idi. Çox ciddi deyil, amma bərpa üçün müəyyən vaxta ehtiyac var.

-Çempionatda 25 günlük fasilə sizcə çox deyil?

-Bu hər yerdə var. Futbolçularımız milli komandanın təlim-məşq toplanışındadır. Bu müddətdə yoxlama oyunu keçirəcəyik. Komandalar üçün formalarını bərpa etmək üçün bu bir fürsətdir.

-Riçard Almeydaya transfer təklifləri var?

-Bir dəfə olub. Riçard bizim əsas futbolçularımızdandır. O, komandaya çox bağlı insandır. Ərəbistan klubu rəsmi təklif göndərmişdi. “Qarabağ”dan getmək istəmədi. Hər bir futbolçunun güclü klublara getməsini mən də istəyərəm.

-Epizodlar boşa veriləndə çox təəssüflənirdiz. Bu, son oyunların qisası idi?

-Bizdə heç vaxt qisas istəyi olmayıb. Nəticə qazanmağı bacarmalıyıq. Qisas şəxsi həyatda olur, idmanda yox. Məğlubiyyət hərdən faydalı olur. Futbolçular, məşqçilər daha yaxşı hazırlaşır.

-Premyer Liqada komanda sayının azlığı “Qarabağ”a necə təsir edir?

-Bu, maliyyə durumu ilə bağlıdır. Bizim Avropa Liqasındakı çıxışımıza təsir etməyəcək. Çempionat aprelin sonunda bitəcək. Ona görə də qrafik sıx olacaq. Başqa çıxış yolumuz yoxdur. Əlimizdə olandan maksimim istifadə etməliyik.

-Sizin özünüzə təkliflər olub?

-Heç bir təklif barədə düşünmürəm. Hələ ki burdayam.  Çox işləyib təcrübə toplamaq lazımdır.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı