"Gördüm ki, uşaqlar üstümə gəlir" – Rəşad Sadıqov

"Gördüm ki, uşaqlar üstümə gəlir" – Rəşad Sadıqov
GÜNDƏM 25 Avqust 2016 / 23:24 10820
-  A +

“Qarabağ”ın kapitanı Avroliqanın pley-off mərhələsində “Göteborq”u 3:0 hesabı ilə məğlub etdikləri görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb.

Qol.az-ın məlumatına görə, təcrübəli müdafiəçi əvvəlcə qarşılaşma barədə fikirlərini bölüşüb: 

- Hamını bu qələbə münasibəti ilə təbrik edirəm. Bu, tək bizim yox, hər kəsin qələbəsidir, jurnalistlərin də, azarkeşlərin də. Qalib gəldiyimiz üçün sevinirik.

- Oyundan əvvəl komandanın üzərində təzyiq var idi?

- Bəli, görüşdən əvvəl üzərimizdə təzyiq var idi. Çox həyəcanlı idik. Son vaxtlar oyunumuz yaxşı alınsa da, nəticə qazanmaqda çətinlik çəkirdik. Bu dəfə də eyni halın təkrarlanmasından qorxurduq. Şükürlər olsun ki, hər şey istədiyimiz kimi alındı.

- Hesab arasındakı fərqin böyük olacağını gözləyirdin?

- Yox, sözün açığı, böyükhesablı qələbə gözləmirdim. Hətta 120 dəqiqəyə də köklənmişdik. Hər şey ola bilərdi. Amma oyuna yaxşı başladıq və ardıcıl 2 qol vurmaqla böyü üstünlük qazandıq.

- Hesabı künc zərbəsindən sonra açdınız. Bu, xüsusi plan idi?

- Bu barədə səhər qərara gəldik. Səhər məşqində fikirləşdik ki, oyunu gedişində bu variantdan yararlanaq. Qurban müəllimin bizdən tələbləri var idi. Ona uyğun da hərəkət etdik.

- Meydançanın durumundan yəqin ki, narazı qaldınız...

- Meydançanın durumu yaxşı deyildi. Amma hər iki komanda eyni şəraitdə mübarizə aparırdı.

- Qol vurduqdan sonra sevinməməyin nə ilə bağlı idi?

- Qol vurduğuma bir anlıq inanmadım. Bilmədim qoldu, ya yox. Tərəddüd etdim. Sonradan gördüm ki uşaqlar üstümə gəlir, sevinirlər. Anladım ki qol olub.

Məftun RƏSULZADƏ

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı