Millimiz Türkiyəyə qalib gəldi

Millimiz Türkiyəyə qalib gəldi
XƏBƏR 25 Avqust 2016 / 15:09 2769
-  A +

Çimərlik futbolu üzrə milli komandamız İtaliyanın Katanya şəhərində təşkil olunmuş Avropa Liqasının Super Final mərhələsində bu gün ilk oyununu  keçirib.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, millimiz Türkiyə yığmasını 5:3 hesabı ilə məğlub edib.
 
Komandamızın qollarını Orxan Məmmədov, İlkin Hacıyev, Əbdül Məmmədov və Sabir Allahquliyev vurub. Digər qolun müəllifi isə topu öz qapısından keçirən Türkiyə yığmasının üzvü olub.

Millimiz turnirdə növbəti oyununu avqustun 26-da, Bakı vaxtı ilə saat 13:30-da İngiltərə yığmasına qarşı keçirəcək.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı