Sloveniyada “Qəbələ”yə qarşı təxribat

Sloveniyada “Qəbələ”yə qarşı təxribat
XƏBƏR 25 Avqust 2016 / 14:51 7289
-  A +

Bu gün Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Maribor” – “Qəbələ” matçından əvvəl xoşagəlməz hadisə baş verib.

Qol.az-ın "CBC Sport"un saytına istinadən yaydığı xəbərə görə, gecə saatlarında "Qəbələ"nin yerləşdiyi otelin qarşısında petardalar partladılıb.

Yüksək səsə “Qəbələ”nin futbolçuları, məşqçi korpusu və rəsmi nümayəndələr oyanıblar. Otel işçiləri məsələdən xəbərsiz olduğunu bildiriblər.

Hadisə ilə bağlı “Qəbələ” nümayəndələri UEFA-ya və polisə məlumat veriblər.


Son xəbərlər