"Qəbələ" qrup mərhələsində!

"Qəbələ" qrup mərhələsində!
ÖLKƏ FUTBOLU 26 Avqust 2016 / 00:07 16202
-  A +

Bu gün Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilir.

Qol.az-ın məlumatına görə,  ölkəmizi bu turnirdə təmsil edən “Qəbələ” də növbəti oyununa çıxıb.

Roman Qriqorçukun komandası Sloveniyada “Maribor”un qonağı olub. Bakıda keçirilən ilk görüşdə 3:1 hesablı qələbə qazanan təmsilçimiz cavab oyununa aşkar üstünlüklə çıxıb.

Matç "Qəbələ"nin 0:1 hesablı məğlubiyyəti ilə başa çatsa da, təmsilçimiz ardıcıl ikinci il qrup mərhələsində çıxış etmək imkanı qazanıb. Oyunun gedişində 10 nəfərlə qalmasına baxmayaraq, Roman Qriqorçukun komandası əzmkarlıq nümayiş etdirməklə möhtəşəm nəticəyə imza atıb.





25 avqust

Avropa Liqası

Pley-off mərhələsinin cavab oyunu

"Maribor" (Sloveniya) – "Qəbələ" (Azərbaycan) - 1:0
Qol:
Tavares, 66 (1:0) 
Birbaşa qırmızı vərəqə: Teo Uiks, 69 ("Qəbələ")
İlk oyun -1:3
Baş hakim:
Viktor Kaşşai
Baş hakimin köməkçiləri: Qyorgi Rinq, Vençel Tot
Dördüncü hakim: Tamaş Boqnar (hamısı Macarıstan)
Maribor. "Lyusdki Vrt"

Daha çox


Son xəbərlər