"Qarabağ" dalbadal üçüncü dəfə Avroliqanın qrupunda!

"Qarabağ" dalbadal üçüncü dəfə Avroliqanın qrupunda!
ÖLKƏ FUTBOLU 25 Avqust 2016 / 22:19 16945
-  A +

Bu gün Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib.

Qol.az-ın məlumatına görə,  ilk olaraq təmsilçimiz “Qarabağ” meydana çıxıb.

Ağdam klubu Bakıda  “Göteborq”u (İsveç)  qəbul edib.

Səfərdə keçirilən ilk oyunda rəqibinə 0:1 hesabı ilə uduzan Qurban Qurbanovun komandası bu dəfə 3:0 hesabı ilə qalib gəlib və qrup mərhələsinə yüksəlib. "Qarabağ" üç dəfə Avroliqanın qrup mərhələsinə düşən ilk Azərbaycan klubu olub.

25 avqust

Avropa Liqası

Pley-off mərhələsinin cavab oyunu

20:30. "Qarabağ" (Azərbaycan) - "Göteborq" (İsveç) - 3:0
Qollar:
Rəşad Sadıqov, 19 (1:0), Muarem Muarem, 26 (2:0), Dani Kintana, 51 (3:0)
İlk oyun 0:1
Baş hakim:
Vladislav Bezborodov
Yan xətt hakimləri: Valeri Dançenko, Maksim Qavrilin
Dördüncü hakim: Kiril Levnikov (hamısı Rusiya)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın