"Qalatasaray"ın daha 3 futbolçusu ilə bağlı həbs qərarı verildi

"Qalatasaray"ın daha 3 futbolçusu ilə bağlı həbs qərarı verildi
XƏBƏR 24 Avqust 2016 / 18:00 6661
-  A +

İstanbul Cümhuriyyət Baş Prokurorluğu FETÖ terror təşkilatı ilə bağlı aparılan araşdırmalar nəticəsində “Qalatasaray”ın daha 3 keçmiş futbolçusu ilə bağlı həbs qərarı çıxarıb.

Qol.az-ın “Sabah” qəzetinə istinadən yaydığı xəbərə görə, Arif Ərdəm, Uğur Tütünəkər və İsmayıl Dəmirizin həbsi ilə bağlı qərar verilib.

İ.Dəmiriz bu gün İstanbuldakı evində saxlanılıb. Digər şəxslərin isə ölkə xaricində olduğu məlum olub.

Qeyd edək ki, daha öncə Türkiyə futbolunun canlı əfsanələrindən olan Hakan Şükürlə bağlı da həbs qərarı verilmişdi.

Son xəbərlər