Umut Bulut “Qalatasaray”dan ayrılır

Umut Bulut “Qalatasaray”dan ayrılır
XƏBƏR 24 Avqust 2016 / 15:51 3646
-  A +

“Qalatasaray” futbolçusu Umut Bulutu icarəyə verir.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, 33 yaşlı hücumçu mövsümün sonuna qədər “Kayserispor”da çıxış edəcək.

Artıq klublar arasında hərtərəfli razılıq əldə olunub.

“Qalatasaray”ın bu keçid üçün hər hansı bir icarə haqqı almayacağı bildirilir.

Qeyd edək ki, 2012-ci ildən “Qalatasaray”da çıxış edən Umut Bulut bu müddət ərzində 110 oyuna çıxıb və 39 qol vurub.

Son xəbərlər