Qrizmann iddialı danışdı

Qrizmann iddialı danışdı
DÜNYA FUTBOLU 24 Avqust 2016 / 19:42 5152
-  A +

Fransa millisinin və "Atletiko"nun futbolçusu Antuan Qrizmann iddialı açıqlama verib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, Avropada ilin ən yaxşı futbolçusu mükafatını qazanmağa layiq olduğunu deyib:

"Avropa çempionatının finalında oynadığım üçün qürur hissi keçirirəm. Düzgün yolda olduğumu düşünürəm. Həm "Atletiko"da, həm də Fransa millisi ilə "Avro-2016"da yaxşı uğurlar əldə etdim. Buna görə də Avropada ilin ən yaxşı futbolçusu mən olmalıyam. "Atletiko" ilə Çempionlar Liqasında, Fransa ilə "Avro-2016"da oynadığım iki finalda da uduzdum. Buna baxmayaraq, mənim üçün unudulmaz mövsüm oldu".


Qeyd edək ki, "Avro-2016"da 6 qolla bombardir olan A.Qrizmann turnirin ən yaxşı oyunçusu seçilib.


Son xəbərlər