Dünya çempionumuzda dopinq aşkarlandı

Dünya çempionumuzda dopinq aşkarlandı
GÜNDƏM 24 Avqust 2016 / 11:24 4350
-  A +

 Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında dopinq-testdən keçə bilməyən idmançıların adlarını açıqlayıb.

Qol.az-ın "Report"a istinadən verdiyi məlumata görə, orqanizmindən istifadəsi qadağan olunmuş preparatlar aşkarlanan atletlər arasında Azərbaycan millisinin sabiq baş məşqçisi, ikiqat dünya və Avropa çempionu Nizami Paşayev də var.

N.Paşayevdən 3 preparat - Dehidroxlormetiltestosteron, Oksandrolon və Stanozolol preparatları aşkarlanıb.

Qeyd edək ki, Nizami Paşayev Pekin olimpiadasında birdən və təkanla qaldırma hərəkətlərinin cəmində 396 kq nəticə ilə 5-ci yeri tutub. O, 2006-cı il Avropa çempionatında da dopinq-testdən keçə bilməyib. Qanında qadağan olunmuş metandeonon maddəsi aşkarlanmış Paşayev IWF-nin qərarı ilə çempionatın qızıl medalından məhrum edilib, 2400 dollar məbləğində cərimələnib və 2 il müddətində bütün yerli və beynəlxalq yarışlarda iştirak hüququndan məhrum olunub.

Daha çox


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq