Bakının “Yuventus”u milli ilə San Marinoya gedir

Bakının “Yuventus”u milli ilə San Marinoya gedir
XƏBƏR 23 Avqust 2016 / 17:30 4581
-  A +

Avqustun 22-də “Sportster” meydançasında həvəskar futbolçuların “MFL San Marino Kuboku”nun final qarşılaşması keçirilib. Final görüşündə “Azfar” və “Yuventus Baku” üz-üzə gəlib.

MFL kubokunun finalında topa ilk toxunuşu “Zirə”nin və millinin oyunçuları Elvin Məmmədov və Anar Nəzirov ediblər.

Matçda 2:1 hesabı ilə qalib gələn “Yuventus Baku” turnirin qalibi olub.

Qalibə kubok təqdim edilib. Eyni zamanda “Yuventus Baku” AFFA-nın dəstəyi ilə sentyabr ayında milli komanda ilə birlikdə DÇ-2018-in seçmə mərhələsinin San-Marino - Azərbaycan oyununu izləməyə gedəcək.

Qeyd edək ki, finalı AFFA-nın baş katibi Elxan Məmmədo, millinin oyunçuları və media nümayəndələri də izləyib.

AFFA-nın baş katibi Elxan Məmmədov çempionatın təşkilini yüksək dəyərləndirib: “Sevinirəm ki, Azərbaycanda həvəskar futbolçuların bu cür turniri keçirilir. Hazırda burada yoldaşlıq, futbol və həvəskar ab-havası var. Özüm də 1990-2000-ci illərdə belə turnirlərə qatılırdım. Elə o vaxt oynayan bəzi həvəskarları burada gördüm, çox xoş oldu. Bu gün qalib olacaq komandanın milli yığma ilə eyni təyyarədə uçması, demək olar ki, bir həftə ərzində birlikdə olmaları və oyuna potensial azarkeş qismində qatılmaları hər iki tərəf üçün motivasiyadır”.

MFL turnirinin təşkilatçısı olan SMG şirkətinin direktoru Ayaz Əhmədov isə finala layiq oyun olduğunu, layiq olanın qalib gəldiyini bildirib. Əlavə edib ki, MFL dayanmayacaq və sentyabrda birillik liqaya start verəcək.

MFL-in həmtəsisçisi Rəhman Hacı da final oyunu barədə fikirlərini bölüşüb: “Milan” azarkeşi olsam da, mənə görə “Yuventus Baku” qələbəyə ən çox layiq olan komanda idi, onlar da qalib gəldi. Əlavə edim ki, MFL həvəskar futbolda yeni dalğadır”.






Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər