“Trabzonspor”un yeni stadionu - "SOCAR Arena”!

“Trabzonspor”un yeni stadionu - "SOCAR Arena”!
ÖLKƏ FUTBOLU 23 Avqust 2016 / 13:28 10540
-  A +

“Trabzonspor”un yeni stadionu “SOCAR Arena” adlanacaq.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, klub rəhbərliyinin Azərbaycan Reslublikası Dövlət Neft Şirkəti – SOCAR-la apardığı danışıqlar müsbət nəticələnib və razılığa gəlinib. Məlumatda bildirilir ki, artıq tərəflər imzalanacaq müqavilə bağlı bəzi son məqamları dəqiqləşdirir.

Sponsorluq müqaviləsinin müddəti və məbləği barədə məlumat yoxdur.

Həmçinin bildirilir ki, məsələ ilə bağlı “Trabzonspor”un yaxın vaxtlarda rəsmi açıqlama verəcəyi gözlənilir.

Qeyd edək ki, inşasına 2013-cü ildə başlanan yeni stadionunda son tamamlama işləri gedir. "Trabzonspor"un bu arenada ilk oyununu bu ilin oktyabrında keçirəcəyi nəzərdə tutulub.  

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı