"Qəbələ" daha bir transfer reallaşdırdı

"Qəbələ" daha bir transfer reallaşdırdı
PREMYER LİQA 31 Yanvar 2010 / 02:42 3080
-  A +

"Qəbələ" klubu növbəti transferini həyata keçirib. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda sıralarını qvineyalı yarımmüdafiəçi Abdul Kader Kamara ilə gücləndirib. Xatırladaq ki, Kamara 2007/08 mövsümünün əvvəlində "Qəbələ" ilə müqavilə bağlamışdı. İki ildə ağ-qaralı forma ilə 41 oyuna çıxan futbolçu klubdan ayrılaraq “Olimpik-Şüvəlan”a transfer olunmuşdu. “Qəbələ” Yaşar Abuzərov və moldovalı Anotoli Ostap ilə də müqavilənin müddətini uzadıb.

Son xəbərlər