Milli ilə San Marinoya gedəcək şanslı komanda hansı olacaq?

Milli ilə San Marinoya gedəcək şanslı komanda hansı olacaq?
XƏBƏR 21 Avqust 2016 / 15:44 6700
-  A +

Həvəskar futbolçuların “MFL San Marino Kuboku” artıq final mərhələsindədir.

Qol.az-ın məlumatına görə, bu çempionatın qalib komandası AFFA-nın dəstəyi ilə milli ilə birlikdə Azərbaycan - San Marino oyununu izləməyə gedəcək.

Avqustun 22-də, saat 21:00-da “Sportster” meydançasında baş tutacaq həyəcanlı final qarşılaşmasında çempionatın ən güclü iki komandası - “Azfar” və “Juventus Baku” üz-üzə gələcək.

“MFL San Marino Kuboku” iyulun 22-də 40 komandadan olan 400 həvəskar futbolçu ilə start götürüb. MFL-in təşkil etdiyi ilk turnirdə komandaların limit sayı 24 olsa da, ikinci çempionatda müraciətlərin çoxluğunu nəzərə alaraq, təşkilatçılar bu sayı 40-a qaldırıblar.

Final qarşılaşmasını izləmək üçün turnirin son oyununa AFFA-dan rəsmilər, milli yığmadan oyunçular, eləcə də məşhur simalar dəvət olunublar. 

“MFL San Marino Kuboku” çempionatının təşkilatçıları MFL şirkəti və “Sport Marketing Group” - SMG şirkətidir. Çempionatın əsas tərəfdaşı AFFA-dır. Oyunlara ev sahibliyini isə “Sportster” Kompleksi edir.










Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki