Azərbaycan boksçusu Rio-2016-da ikinci oldu

Azərbaycan boksçusu Rio-2016-da ikinci oldu
OLİMPİYA-2016 21 Avqust 2016 / 22:25 18551
-  A +

Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında boks yarışlarına yekun vurulub.

Qol.az-ın məlumatına görə, Azərbaycan yığmasının üzvü Lorenze Sotomayor final döyüşünə çıxıb.

64 kq çəkidə mübarizə aparan boksçumuz həlledici görüşdə özbəkistanlı Fazliddin Qaybnəzərovla üz-üzə gəlib. Gərgin keçə döyüşdə Sotomayor rəqibinə 1:2 hesabı ilə uduzaraq gümüş medal qazanıb.


Qeyd edək ki, Sotomayor finaladək ukraynalı Vladimir Matviyçuku, fransalı Hassan Amzili, kubalı Yasnier Toledo və almaniyalı Artyom Harutyunyanı mübarizədən kənarlaşdırıb.
 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı