Toğrul Əsgərov və Xetaq Qazyumov ikinci oldular

Toğrul Əsgərov və Xetaq Qazyumov ikinci oldular
OLİMPİYA-2016 21 Avqust 2016 / 22:31 28595
-  A +

Rio Olimpiadasında sərbəst güləş yarışlarına yekun vurulub.

Qol.az-ın məlumatına görə, bu gün iki güləşçimiz medallar uğrunda mübarizəyə qoşulub.


65 kq

London Olimpiadasının, Avropa çempionatının və Avropa Oyunlarının qalibi olan Toğrul Əsgərov yarışa 1/8 finaldan başlayıb. Onun ilk rəqibi ukraynalı Andrey Kvyatovski olub. Rəqibini 12:2 hesabı ilə - vaxtından əvvəl məğlub edən Əsgərov 1/4 finala yüksəlib.

Bu mərhələdə Əsgərov ABŞ təmsilçisi Frenk Molinaro ilə qarşılaşıb. Amerikalı rəqibini vaxtından əvvəl  - 10:0 hesabı ilə məğlub edən Əsgərov yarımfinala yüksəlib.

Finala gedən yolda olimpiya çempionumuz italiyalı Frank Çamiso ilə üz-üzə gəlib. Bu dəfə 7:4 hesabı ilə qələbə qazanan olimpiya çempionumuz finala vəsiqə qazanıb.

Əsgərov həlledici görüşdə  rusiyalı Soslan Ramonova uduzaraq (0:10) gümüş medal qazanıb.


97 kq

Xetaq Qazyumov mübarizəyə 1/16 finaldan başlayıb. Güləşçimizin ilk rəqibi polşalı Radoslav Baran olub. 3:0 hesablı qələbə qazanan Qazyumov 1/8 finala adlayıb.

Bu mərhələdə onun rəqibi iranlı Reza Yazdani olub. Güləşçimiz rəqibini 2:1 hesabı ilə məğlub etməklə 1/4 finala yüksəlib.

Bu dəfə güləşçimizin rəqibi özbəkistanlı Maqomed İbraqimov olub. Rəqibini 10:3 hesabı ilə məğlub edən Qazyumov adını yarımfinala yazdırıb.

Finala gedən yolda Qazyumov ukraynalı Valeri Andreyçevlə qarşılaşıb. 11:0 hesablı - vaxtından əvvəl qələbə qazanan güləşçimiz finala yüksəlib.

Həlledici görüşdə güləşçimiz amerikalı Kayl Snayderə 1:2 hesabı ilə uduzub. Beləliklə, Toğrul Əsgərov kimi Xetaq Qazyumov da Rio olimpiadasında gümüş medal qazanıb.


























Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı