Rio-2016: Türkiyə ilk qızıl medalını qazandı

Rio-2016: Türkiyə ilk qızıl medalını qazandı
OLİMPİYA-2016 21 Avqust 2016 / 02:25 7869
-  A +

Rio Yay Olimpiya Oyunlarında Türkiyə millisi ilk qızıl medalını qazanıb.

Qol.az xəbər verir ki, 125 kq çəki dərəcəsində yarışan sərbəst güləşçi Taha Akgül fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Akgül finalda iranlı Komeyl Qasemini 3:1 hesabı ilə məğlub edib.

Bu, Türkiyənin Rioda qazandığı 8-ci medaldı. “Ay-ulduzlular”ın aktivində 1 qızıl, 3 gümüş və 4 bürünc var. Türkiyə medal sıralamasında hazırda 40-cı yeri tutur. 

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı