Olimpiya çempionumuz bu dəfə bürünc qazandı

Olimpiya çempionumuz bu dəfə bürünc qazandı
OLİMPİYA-2016 21 Avqust 2016 / 00:11 20934
-  A +

Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir.

Qol.az-ın məlumatına görə, bu gün Azərbaycan yığmasının daha iki üzvü mübarizəyə qoşulub.


Sərbəst güləş

86 kq 

Şərif Şərifov turnirə 1/8 finaldan start verib. London Olimpiadasının qızıl mükafatçısının ilk rəqibi Şenqfenq Bi (Çin) olub. Güləşçimiz bu görüşdən inamlı qələbə ilə ayrılıb - 10:0.

O, 1/4 finalda Polşa təmsilçisi Mateus Baranovski ilə mübarizə aparıb. Bu dəfə 7:0 hesabı ilə qalib gələn Şərifov yarımfinala yüksəlib.

Güləşçimiz final uğrunda görüşdə dünya və Avropa çempionu, həmçinin "Bakı-2015" Avropa Oyunlarının qalibi Abdulrəşid Sadulayevlə (Rusiya) qarşılaşıb. 1:8 hesabı ilə uduzan idmançımız mübarizəni bürünc medal uğrunda davam etdirib.

Sonuncü görüşündə güləşçimiz venesuellalı Pedro Sebalosla üz-üzə gəlib Rəqibini məğlub edən Şərifov Rioda ölkəmizə növbəti bürünc medalı qazandırıb. Bununla da Şərifov ardıcıl ikinci dəfə olimpiadada medal qazanıb. Londonda birinci olan güləşçimiz, Rioda üçüncü yerlə kifayətlənib.

125 kq 

Digər güləşçimiz Cəmaləddin Məhəmmədov turnirə 1/8 finaldan başlayıb. O, bu mərhələdə İvaylov Dlaqnevi (ABŞ) ilə qarşılaşıb və rəqibinə 5:6 hesabı ilə uduzub. İvaylov Dlaqnevi finala qədər irəliləyə bilmədiyi üçün C.Məhəmmədov mübarizəni dayandırıb. 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord