Sotomayor: "Azərbaycana qızıl medal söz vermişəm"

Sotomayor: "Azərbaycana qızıl medal söz vermişəm"
OLİMPİYA-2016 19 Avqust 2016 / 22:42 9839
-  A +

"Finala vəsiqə qazandığım üçün çox şadam".

Qol.az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bunu Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovaya açıqlamasında 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında finala yüksələn Azərbaycan boksçusu Lorenso Sotomayor deyib.

Yarımfinalda Almaniya ermənisi Artyom Harutyunyanla döyüşünü şərh edən kubalı legioner görüşü yüksək səviyyədə keçirərək qələbə qazandığını bildirib. O, Azərbaycana olimpiya çempionluğu söz verdiyini xatırladıb:

"Mən Azərbaycana qızıl medal söz vermişəm. Bu gün qollarım qüvvətli, özüm hazırlıqlı idim. Əmin idim ki, qələbə qazanacağam. Finalda fiziki hazırlığım, qollarım, endirəcəyim zərbələr bundan da güclü olacaq. Çünki mən özümü qələbəyə hazır hiss edirəm. Bu gün döyüşü yaxşı keçirərək qələbə qazandım. Finalda da özbək rəqibim üzərində qələbə qazanaraq, qızıl medal əldə edəcəyəm. İnanıram ki, çempion olacağam".

Qeyd edək ki, Lorenso Sotomayor Azərbaycan tarixində olimpiadanın finalına yüksələn ilk boksçu olub.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı