Rio-2016-da 10-cu medalımız - siyahı

Rio-2016-da 10-cu medalımız - siyahı
OLİMPİYA-2016 18 Avqust 2016 / 17:35 9214
-  A +

Azərbaycana Rio Yay Olimpiya Oyunlarında növbəti medalı bu gün avarçəkən Valentin Demyanenko qazandırıb.

Qol.az-ın xəbərinə görə, bununla da “Rio-2016”da medallarımızın sayı 10-a çatıb.

Artıq həmin medallardan 8-nin əyarı dəqiqləşib.

Digər iki medal isə boksda olacaq. Yarımfinala iki bokçsumuz (Kamran Şahsuvarlı və Lorenso Sotomayor) vəsiqəni təmin etdiyindən və mübarizəni davam etdirdiklərindən onların ən azı bürünc medal qazanacağı qətiləşib.

Yarışda çıxışlarını başa vuran və medal qazanan idmançılarımız isə aşağıda adları qeyd olunanlardır:

Gümüş medal

Rüstəm Orucov, Elmar Qasımov (hər ikisi cüdo), Mariya Stadnik (güləş), Valentin Demyanenko (avarçəkmə)


Bürünc medal

Sabah Şəriəti, Rəsul Çunayev (hər ikisi Yunan-Roma güləşi), İnna-Osipenko-Rodomskya (avarçəkmə),
Patimat Abakarova (taekvando)


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı