Yuliya Ratkeviç: “Hesab 3:0 olanda fənd tətbiq etməli idim”

Yuliya Ratkeviç: “Hesab 3:0 olanda fənd tətbiq etməli idim”
OLİMPİYA-2016 18 Avqust 2016 / 13:57 4372
-  A +

Rio-de-Janeyeroda keçirilən Yay Olimpiya Oyunlarında tunisli Mərvə Əmri ilə bürünc medal uğrunda görüşdə hesabda öndə olan idmançımız Yuliya Ratkeviç son saniyələrdə iki xallıq fəndə düşərək, qələbəni əldən verdi. Qadın pəhləvanımız mübarizə başa çatdıqdan dərhal sonra çıxışı ilə bağlı sualları cavablandırıb.


- Hər şey yaxşı gedirdi. Son anlarda nə baş verdi?

- Bu görüşdə böyük üstünlüklə qalib gələ bilərdim. Bu an özüm də anlaya bilmirəm.

- Mariya Stadnik də son saniyələrdə qızıl medalı əldən verdi.

- Bəli, elə oldu. Axı, necə ola bilər ki, qalib gələ-gələ, uduzasan?! Medalı rəqibimə lap hədiyyə etdim.

- Gəl, bir az soyuq başla təhlil edək. Yaponiyalı Kaori İçoya məğlubiyyəti anlamaq olar: onun təkcə titullarının sayı hər şeyi deyir. Bəs, bu son görüşdə nə baş verdi? Yorulmuşdun, yoxsa…?

- Elə bil nə etmək lazım olduğunu anlamadım. Belə baxsaq, hərəkət etmək lazım idi – onu da edirdim. Bəlkə də daha fəal olmalıydım və hücum etməli idim. Bəli, hesab 3:0 olanda, yəqin, hücum etməli, daha iki xallıq fəndlə hesabı 5:0-a çatdırmalı idim.

Mənbə: idman.com.az


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi