Rio-2016: Azərbaycan 11-ci medalı qazandı

Rio-2016: Azərbaycan 11-ci medalı qazandı
OLİMPİYA-2016 19 Avqust 2016 / 00:10 21011
-  A +

Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında qadın sərbəst güləşçilərin yarışı başa çatacaq.

Qol.az-ın məlumatına görə, Avropa çempionumuz Nataliya Sinişin (53 kq) mübarizəyə qoşulub.

Rioda 1/8 final mərhələsində debüt edəcək sərbəst güləşçimiz 3 qat Olimpiya və 13 qat dünya çempionu olan Yaponiya idmançısı Saori Yoşida ilə qarşılaşıb və məğlub olub - 0:4. Yoşida finala yüksəldiyinə görə, Sinişin təsəlliverici görüşlərə qatılacaq. O, bu görüşlərin ikinci raundunda seneqallı İzabelle Sambu ilə üz-üzə gəlib. 4:0 hesabı ilə qalib gələn güləşçimiz bürünc medal uğrunda Betzabet Angelika Arguello Villageslə (Venesuela) qarşılaşıb.

Rəqibinə 2:1 hesabı ilə qalib gələn idmançımız ölkəmizə növbəti bürünc medalı qazandırıb. Bu, ümumilikdə 11-ci medalımız olub.
 
Qeyd edək ki, qadınlardan ibarət güləş yığmamızın 2 üzvü artıq olimpiadada çıxışını başa vurub. 48 kq çəki dərəcəsində mübarizə aparan Mariya Stadnik gümüş medal qazanıb. 58 kq çəkidəki təmsilçimiz Yuliya Ratkeviç 5-ci yerlə kifayətlənib.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord