Rio-2016: kanoeçimiz finalda

Rio-2016: kanoeçimiz finalda
OLİMPİYA-2016 17 Avqust 2016 / 18:00 7433
-  A +

Bu gün Rio Olimpiadasında daha bir avarçəkənimiz mübarizəyə başlayıb.

Qol.az-ın məlumatına görə,  yığmamızın liderlərindən Aleksandr Demyanenko start xəttinə çıxıb.

33 yaşlı idmançı 1 nəfərlik qayıqla 200 metr məsafəyə seçmə yürüşdə finişə 39,749 saniyəyə çatıb.

Nəticədə o, bütün rəqiblərini qabaqlayaraq, yürüşün qalibi olub və yarımfinala yüksəlib. O növbəti yürüşdə də uğurlu nəticə qazanaraq (5-ci yer) finala adlayıb. 

Həlledici yürüşün sabah saat 16:23-də başlayacağı nəzərdə tutulub.


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq