Azərbaycandan Olimpiya Oyunlarında növbəti medal

Azərbaycandan Olimpiya Oyunlarında növbəti medal
OLİMPİYA-2016 16 Avqust 2016 / 16:51 12258
-  A +

Bu gün Rio Olimpiadasında kayak yarışlarında final yarışları keçirilib.

Qol.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi İnna Osipenko-Radomskaya bu mərhələdə mübarizə aparıb.
 
1 nəfərlik kayak qayığı (K-1) ilə 200 metr məsafədə çıxış edən 34 yaşlı idmançımızın həlledici yürüşdə rəqibləri İnna Klinova (Qazaxıstan), Linnea Stensils (İsveç) , Sarah Quyot (Fransa), Liza Karrinqton (Yeni Zelandiya),  Marta Valçikeviç (Polşa), Tereza Rivas Portela (İspaniya) və Spela Yaniç Ponomarenko (Sloveniya) olub. Bir nəfərlik qayıqla 200 metr məsafəyə yürüşə qatılan 34 yaşlı idmançımız finişə 40,401 saniyəyə çatıb. O, bu nəticə ilə bürünc medal qazanıb.

Yeni Zelandiyalı Liza Karrinqton 38,864 saniyə nəticə ilə qızıl, polşalı Marta Valçikeviç 40,279 saniyə göstərici ilə gümüş medal qazanıb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord