Boks yığmamızdan Olimpiya Oyunlarında növbəti medal!

Boks yığmamızdan Olimpiya Oyunlarında  növbəti medal!
OLİMPİYA-2016 17 Avqust 2016 / 01:30 17881
-  A +

Rio-2016 Yay Olimpiya Oyunlarında boks yarışları davam edir.

Qol.az-ın məlumatına görə, bu gün Azərbaycan yığmasının daha bir üzvü rinqə çıxıb.
 
64 kq çəki dərəcəsində mübarizə aparan Lorenzo Sotomayor 1/4 finalda Yasnier Toledo (Kuba) ilə üz-üzə gəlib.
 
Təmsilçimiz rəqibinə 3:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib və ən azı bürünc medalı təmin edib. Sotomayorun növbəti mərhələdə rəqibi Almaniya təmsilçisi Artyom Harutunyan olacaq.   

Qeyd edək ki, daha əvvəl 75 kq çəkidə döyüşən Kamran Şahsuvarlı da bürünc medalı təmin edib.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord