Rio-2016: Azərbaycanlı məşqçinin yetirməsi Belarusa Olimpiya medalı qazandırıb

Rio-2016: Azərbaycanlı məşqçinin yetirməsi Belarusa Olimpiya medalı qazandırıb
OLİMPİYA-2016 16 Avqust 2016 / 00:33 4909
-  A +

Belarusda yaşayan azərbaycanlı məşqçi Fərhad Məhərrəmovun yetirməsi Cavid Həmzətov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.

Qol.az-ın "Report"a istinadən verdiyi məlumata görə, 85 kq. çəki dərəcəsində çıxış edən Dağıstan əsilli pəhləvan Belarus yığmasının üzvü kimi mükafatçılar sırasında yer alıb.

O, mübarizəyə 1/8 final mərhələsindən başlayıb. Həmzətov çinli Fey Penqi 3:0, avstriyalı Amer Hrustanoviçi 4:0 hesabı ilə yendikdən sonra, yarımfinalda ukraynalı Jan Belenyuka uduzub - 0:3.

Bununla belə, təsəlliverici görüşdə 27 yaşlı pəhləvan bolqarıstanlı Nikolay Bayryakova 4:1 hesabı ilə qalib gələrək, bürünc medalçı olub.

Qeyd edək ki, Fərhad Məhərrəmov uzun müddət Belarus yığmasının məşqçilər korpusunda yer alıb. Hazırda o, Minskdəki klublardan birində məşqçi kimi çalışır.

 


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı