Rio-2016: Kamran Şahsuvarlı ən azı bürüncü təmin etdi

Rio-2016: Kamran Şahsuvarlı ən azı bürüncü təmin etdi
OLİMPİYA-2016 15 Avqust 2016 / 20:25 6009
-  A +

Rio Olimpiadasında boks yarışları davam edir.

Qol.az-ın məlumatına görə,  bu gün boksçumuz  Kamran Şahsuvarlı 1/4 final döyüşünə çıxış edib.

75 kq çəki dərəcəsində döyüşən K. Şahsuvarlı Janıbek Alimxanuli (Qazaxıstan) ilə qarşılaşıb. Bu döyüşdə qalib gələn boksçumuz yarımfinala yüksəlib. Bununla da o, ən azı bürünc medalı təmin edib.

Kamran Şahsuvarlı yarımfinalda Kuba boksçusu Arlen Lopeslə qarşılaşacaq. Avqustun 18-də keçiriləcək görüş saat 22:00-da başlanacaq.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı