Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir.
Qol.az-ın məlumatına görə, daha iki idmançımız - iranlı legionerlər Saman Təhmasibi və Sabah Şəriəti mübarizəyə başlayıb.
85 kq çəki dərəcəsində Yunan-Roma güləşçimiz Saman Təhmasibi mübarizəyə 1/16 final mərhələsindən start verib. Son dünya çempionatının bürünc mükafatçısının ilk rəqibi Davit Çakvetadze (Rusiya) olub. Görüş rusiyalı idmançının qələbəsi ilə başa çatıb.Çakvetadze finala yüksəldiyi üçün, o, "bürünc" uğrunda təsəlliverici görüşlərə qatılacaq.
İlk təsəlliverici görüşdə təmsilçimizin rəqibi İran güləşçisi Comeh Həbibullah Əxlaqi olub. 2:3 hesabı ilə uduzan idmançımız turnirdə mübarizəni dayandırıb.
Sabah Şəriəti (130 kq) isə Olimpiadada 1/8 finaldan debüt edib. Avropa Oyunları və qitə birinciliyinin gümüş mükafatçısının ilk rəqibi David Smit (ABŞ) olub. Rəqibinə 8:2 hesabı ilə qalib gələn güləşçimiz 1/4 finala yüksəlib. O, bu mərhələdə türkiyəli Rıza Kayaalpla qarşılaşıb və adlı-sanlı rəqibinə 0:5 hesablı ilə məğlub olub.
R.Kayaalp finala yüksəldiyi üçün Şəriəti təsəlliverici görüşlərə qatılıb. Onun ilk rəqibi venesuelalı Ervin Xose Kabalyero Kabrera olub. Görüşü 8:0 hesablı qələbə ilə başa vuran idmançımız bürüncə bir addım da yaxınlaşıb. Mükafatçılar sırasına düşmək üçün onun son rəqibi almaniyalı Eduard Popp olub. Bu rəqibini də 5:0 hesabı ilə üstələyən Şəraiəti Rioda güləş yarışlarında Azərbaycana ilk medalı qazandırıb.
"Sabah"ın U-13 komandası İtaliyaya yollanır
Saatlıda 4 qol vuruldu - Video
"Qarabağ"a qarşı bu dəfə fərqli çıxış etmək istəyirik"
Tonali mərc oyunlarında 50 qayda pozuntusunda ittiham olunur
Liderdən "İrəvan"a 3 cavabsız qol - Video
"Karvan" xal itirdi, "Araz Saatlı"dan darmadağın
Misli Premyer Liqasında 4 oyunun hakimləri bilindi
Dani Alveş ziyafət təşkil etdi
"Bavariya"ya rədd cavabı verdi
"Napoli" Xviça ilə yeni müqavilə imzalayır
"Neftçi"nin sabiq futbolçusu "Molde"də
"Bayer" hazırda dünyanın ən güclü komandasıdır”
"Neftçi" "Qəbələ" ilə oyuna itkilərlə çıxacaq
"Borussiya" Terziçin qarşısına şərtlər qoydu
26 oyunda 31 qol - Video
"Qarabağ" sabah 11-ci çempionluğu rəsmiləşdirə bilər
"Neftçi"nin legionerinin zədəsi sağaldı
Gürcülər çox döşünə döyməsin, biz də monqollara qalib gəldik
Benzia “Puşkaş” mükafatına layiq görülə bilər - Video
Qrizmann qayıtdı
"Real" üç futbolçusu ilə razılaşdı
Xavi jurnalisti məhkəməyə verdi
PSJ-nin iki futbolçusu zədəsini sağaltdı
Ronaldo hakimə etiraz etdi - Şəkil
İngiltərə millisinin üzvü Avro-2024-ü buraxacaq
"Zirə"nin hücumçusu Niger millisində oyuna çıxdı
Virtzin 21 qolu və 31 qol ötürməsi - Video
"Tottenhem" "Bavariya" ilə qarşılaşacaq
Keyn sağaldı