Rio-2016: Rövşən Bayramov bürüncü də əldən verdi

Rio-2016: Rövşən Bayramov bürüncü də əldən verdi
OLİMPİYA-2016 15 Avqust 2016 / 00:23 15341
-  A +

Rio Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir.

Qol.az-ın məlumatına görə, 59 kq-da Yunan-Roma güləşində Rövşən Bayramov 1/8 finalda venesuellalı Rayber Xose Rodrigeslə qarşılaşıb. Rəqibini 8:0 hesabı ilə məğlub edən güləşçimiz 1/4 finala adlayıb.

Bayramovun ikinci rəqibi ABŞ təmsilçisi Cessi Tilke olub. Rəqibinə vaxtından əvvəl qalib gələn Bayramov yarımfinala vəsiqə qazanıb.

Yarımfinalda idmançımız yapon güləşçi Ota Şinobuya məğlub olub.
 
Finaldan kənarda qalsa da, Bayramovun bürünc medal qazanmaq şansı var idi. Bunun üçün güləşçimiz norveçli Stinq Andre Berqə qalib gəlməliydi.

Lakin norveçli rəqibinə uduzan Bayramov medal qazana bilməyib.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi