Rio-2016: İki güləşçimizin rəqibi müəyyənləşdi

Rio-2016: İki güləşçimizin rəqibi müəyyənləşdi
OLİMPİYA-2016 13 Avqust 2016 / 22:14 7478
-  A +

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə yarışlar 14-16 avqust tarixlərində keçiriləcək.

Qol.az-ın Azərbaycan Güləş Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, güləş yarışlarının ilk günündə 59 və 75 kq çəki dərəcələrində yunan-Romaçılar arasında qaliblər müəyyənləşəcək.

59 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz Rövşən Bayramov mübarizəyə 1/8 final mərhələsindən start verəcək. Onun ilk rəqibi  Rayber Xose Orozko Rodrigez (Venesuela)olacaq. Görüş Bakı vaxtı ilə saat 17:15-də başlayacaq.
 
75 kq çəkidə yarışan Elvin Mürsəliyev isə lap əvvəldən, 1/16 finaldan etibarən mübarizə aparacaq. Onun rəqibi Rəşad Fevzi Mahmud Sebye (Misir) olacaq.   Güləşçimizin ilk görüşü saat 17:05-də start götürəcək.

59 kq
1/8 final - Rövşən Bayramov - Rayber Xose Orozko Rodrigez (Venesuela)

75 kq
1/16 final - Elvin Mürsəliyev - Rəşad Fevzi Mahmud Sebye (Misir)

 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı