Rio-2016: velosipedçimiz finala yüksələ bilmədi

Rio-2016: velosipedçimiz finala yüksələ bilmədi
OLİMPİYA-2016 13 Avqust 2016 / 19:35 2710
-  A +

Bu gün Rio Olimpiadasında daha bir idmançımız mübarizəyə qoşulub.

Qol.az-ın məlumatına görə, qadın velosipedçimiz Olqa İsmayılova keyrin növündə çıxışını başa vurub.
 
Ümumilikdə 27 atletin mübarizə apardığı birinci mərhələdə 4-cü qrupda yarışan İsmayılova 11,696 saniyə nəticə ilə 4-cü yeri tutub.

Bu nəticə ilə İsmayılova təsəlliverici yürüşə vəsiqə qazanıb. Lakin həmin mərhələdə azərbaycanlı velosipedçi 4 iştirakçı arasında sonuncu olub. Nəticədə O.İsmayılova ikinci mərhələyə yüksələ bilməyib və mübarizəni dayandırıb.
 
Qeyd edək ki, O. İsmayılova sabah velosiped idmanının sprint növündə də mübarizə aparacaq.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord