XXXI Yay Olimpiya Oyunlarının taekvondo yarışlarında Azərbaycanı təmsil edəcək idmançılardan Fəridə Əzizova (67 kq), Milad Beigi Hərçəqani (80 kq) və Radik İsayev (80 kiloqramdan yuxarı) avqustun 13-də Braziliyaya gediblər.
Qol.az-ın Azərtac-a istinadən yaydığı xəbərə görə, digər qadın təmsilçimiz Patimat Abakarova (49 kq) və qadınlardan ibarət yığma komandanın baş məşqçisi Sun Mi Park Braziliyaya bir gün əvvəl yola düşüblər.
Rio Olimpiadasının taekvondo yarışları avqustun 17-20-də keçiriləcək. Olimpiadada ölkəmiz ilk dəfə olaraq dörd idmançı - iki kişi və iki qadın taekvondoçu ilə təmsil ediləcək. Olimpiya Oyunlarında kişi idmançılarımızdan Milad Beigi Hərçəqani və Radik İsayev, qadın taekvondoçularımızdan isə Fəridə Əzizova ilə Patimat Abakarova qalib adı uğrunda mübarizə aparacaqlar.
"Qəbələ"də 300-cü oyun
"Qəbələ" cavab oyununa itkilərlə çıxacaq
Çalhanoğlu: "Bir fincan qəhvə məndən bahadır"
Azərbaycanın U-17 millisi Belarusa uduzdu
"Füzuli" liderlə fərqi belə azaltdı - Video
“Bavariya” əfsanəvi futbolçuya heykəl ucaldacaq
"Şahdağ Qusar"ın qol şousu - Video
"Liverpul"da ciddi itki
2-ci liqa: 4 oyunda 19 qol
"Azərreyl" Azərbaycan çempionu oldu
Mourinyo əsəbiləşdi
"İnter"in yeni mövsüm üçün 2 transferi hazırdır