Bülənt Qorxmaz “Bakı”nın boş müqaviləsinə qol çəkib

Bülənt Qorxmaz “Bakı”nın boş müqaviləsinə qol çəkib
ÖLKƏ FUTBOLU 29 Yanvar 2010 / 14:32 2448
-  A +

Türkiyəli baş məşqçi Bülənt Qorxmaz “Bakı” klubu ilə anlaşarkən, boş müqaviləyə qol çəkib. Bu haqda klubun vitse-prezidenti Tunc Afşar məlumat verib. Onun sözlərinə görə, Qorxmazla anlaşma qarşılıqlı dostluq prinsiplərinə əsaslanıb. 42 yaşlı mütəxəssisin qarşısına imzalaması üçün qoyulan sənəddə nə qədər əmək haqqı alacağı göstərilməyib: “Bülənt bəy boş müqaviləyə qol çəkib. Deyib ki, hansı məbləği istəyirsinizsə, yaza bilərsiniz”. “Bakı” rəsmisi bildirib ki, Korkmazla mövsümün sonunadək bağlanan anlaşma vaxtından əvvəl pozulsa, ona kompensasiya ödənilməyəcək. Afşar bunu “Bakı” rəhbərliyi və gənc mütəxəssis arasında gözəl münasibətlərin olması ilə əlaqələndirib: “Bülənt bəylə yollarımızı ayırsaq, dostca ayrılacağıq. Amma onunla əməkdaşlığımızı pozmaq niyyətində deyilik”. Klub rəsmisi bu mövsüm ardıcıl ikinci dəfə Azərbaycan çempionluğunu hədəflədiklərini açıqlayıb. O, hazırda komandada baxışda olan Moldova milli komandasının hücumçusu Vyaçeslav Sofroni haqda yekun qərarın fevralın 1-də çıxarılacağını bildirib. Qeyd edək ki, Bülənt Korkmazın rəhbərliyi altında “Bakı” klubu artıq ilk uğursuzluğa düçar olub. İkiqat Azərbaycan çempionu Rusiyanın paytaxtı Moskvada başa çatan “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik Kuboku”nda qrup mərhələsini adlaya bilməyib. Klub rəhbərliyi isə həmin heyət və baş məşqçi ilə əməkdaşlığın davam etdirilməsinə qərar verib.

Mənbə: lent.az

Daha çox


Son xəbərlər