Rio-2016: 2,7 milyondan çox bilet satılıb

Rio-2016: 2,7 milyondan çox bilet satılıb
OLİMPİYA-2016 12 Avqust 2016 / 20:14 2166
-  A +

Rio-de-Janeyroda keçirilən Olimpiya oyunlarına tamaşaçılar arasında çox böyük maraq var.

Qol.a-ın "Report"a istinadən yaydığı xəbərə, ümumilikdə, olimpiadaya 2,736 mln. bilet satılıb.

Bu barədə jurnalistlərə müsahibəsində Rio-2016-nın Təşkilat Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mario Andrada deyib.

"Ümumilikdə, Olimpiya Oyunlarına 2 mln. 736 min bilet satılıb", -M. Andrada vurğulayıb.

Onun sözlərinə görə, yüngül atletika üzrə final yarışlarına bütün biletlər alınıb.

Xatırladaq ki, Olimpiya Oyunları Braziliyada avqustun 5-dən 21-dək keçirilir.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord