Rio-2016: Maykl Felps 2168 illik rekordu qırdı

Rio-2016: Maykl Felps 2168 illik rekordu qırdı
OLİMPİYA-2016 12 Avqust 2016 / 09:52 6487
-  A +

ABŞ üzgüçüsü Maykl Felps 22-ci Olimpiya çempionluğunu qazanıb.

Qol.az-ın məlumatına görə, o, son olaraq 200 m məsafəyə kompleks üsulla üzməkdə Rio-2016-nın qalibi olub.
 
Bununla da o, hesabındakı medalların sayını 26-ya çatırıb. 22 qızıl, 2 gümüş və 2 bürüncü olan M.Felps fərdi yarışlarda 13-cü dəfə çempionluq yaşayıb.
 
Felps bu göstərici ilə Antik Olimpiya Oyunlarının rekordunu arxada qoyub. Belə ki, qədim yunan atleti Leonid Rodosski eramızdan əvvəl 164-152-ci illərdə ardıcıl 4 Olimpiadada qaçış yarışlarında 12 dəfə çempionluq yaşayıb.  31 yaşlı Felps 13-cü fərdi zəfəri ilə 2168 ildən sonra rekordu yeniləyib.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın