Azərbaycan millisinin oyunçusu «Qızıl buts» mükafatına əsas namizəddir

Azərbaycan millisinin oyunçusu «Qızıl buts» mükafatına əsas namizəddir
XƏBƏR 29 Yanvar 2010 / 13:16 2321
-  A +

Futzal üzrə Azərbaycan milli komandasının oyunçusu Maşado «Qızıl buts» mükafatına əsas namizədlərdən hesab olunur. Qol.Az-ın məlumatına görə, o və italiyalı Saad Assis Avropa çempionatının final mərhələsində beş qol vurublar. Mövcud qaydalara əsasən, iki futbolçu eyni sayda qol vurarsa bu halda hər iki oyunçu «Qızıl buts»a layiq görülür.
Qeyd edək ki, İtaliya komandası çempionatda mübarizəni dayandırıb, Maşado isə cəzalı olduğundan Çexiya ilə üçüncü yer uğrunda oyunda da meydana çıxa bilməyəcək.
Hesabında dörd qol olan portuqaliyalılar Kardinal, Joel Keyruş (Portuqaliya) və ispaniyalı Havi Rodrigesin də bu mükafatı qazanmaq şansı var.
Xatırladaq ki, Portuqaliya və İspaniya komandaları çempionatın finalında üz-üzə gələcəklər.


 


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı