Boksçularımız Rioda: Məmmədov 1/4 finalda, Sotomayor 1/8 finala yüksəldi

Boksçularımız Rioda: Məmmədov 1/4 finalda, Sotomayor 1/8 finala yüksəldi
OLİMPİYA-2016 12 Avqust 2016 / 02:48 14191
-  A +

Rio-2016 Yay Olimpiya Oyunlarında bu gün dörd bokçumuz rinqə çıxıb. Qol.az-ın xəbərinə görə, onlardan ikisi 1/16, digər ikisi isə 1/8 finalda yarışıblar.

İlk olaraq rinqə çıxan Cavid Çələbiyev qazaxıstanlı rəqibinə uduzub. 1:2 hesabı ilə məğlub olan Çələbiyev olimpiada ilə vidalaşıb.

Cavid Çələbiyevdən fərqli olaraq, Lorenzo Sotomayor olimpiadaya qələbə ilə başlayıb. 3:0 hesablı qələbə sayəsində boksçumuz 1/8 finala yüksəlib.

Rio-da ilk döyüşünə çıxan Pərviz Bağırovun da debütu uğursuz alınıb. 1/8 finalda fransız rəqibinə uduzan boksçumuzun mübarizəni erkən dayandırıb.

Olimpiadada ikinci döyüşünü keçirən Teymur Məmmədov bu dəfə də qələbə qazanmağı bacarıb. Holland rəqibini üstələyən Məmmədov 1/4 finala adlayıb.  

1/16 final

56 kq
Cavid Çələbiyev Kayrat Yeraliyev (Qazaxıstan) 1:2
 
1/16 final

64 kq
Lorenzo Sotomayor - Volodimir Matviçuk (Ukrayna) 3:0
 

1/8 final

69 kq
Pərviz Bağırov - Süleyman Diop (Fransa) 0:3
 
1/8 final
81 kq

Teymur Məmmədov -  Peter Müllenberq (Hollandiya) 3:0


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı