Useyn Boltun yeni hədəfi: üç qızıl medal

Useyn Boltun yeni hədəfi: üç qızıl medal
OLİMPİYA-2016 11 Avqust 2016 / 13:30 3532
-  A +

Yamaykalı sprinter Useyn Bolt iddialı açıqlama verib.

Qol.az-ın xəbərinə görə, o, Rioda jurnalistlərə bildirib ki, hər üç yarışda (100 metr məsafəyə qaçış – 13 avqust, 200 metr məsafəyə qaçış – 16 avqust və estafet yarışı – 18 avqust) qızıl medal qazanacağına əmindir:

“Bəli, hər üç qızıl medalı qazanacağam. Yarışa çıxanda qələbədən başqa heç nə barədə fikirləşmirəm. Qarşıma böyük hədəflər qoyuram və buna nail olanda özümü xoşbəxt sayıram. 200 metr məsafəyə qaçmaqda yeni dünya rekordu müəyyənləşdirmək istəyirəm. Məqsədim odur ki, bu məsafəni 19 saniyədən daha tez qət edim. Bilmirəm, buna nail olacam, ya yox, amma cəhd edəcəyəm”.

Xatırladaq ki, Useyn Bolt qaçışda olimpiya çempionu olmaqla yanaşı həm də dünya rekordçusudur (100 metr – 9.58 saniyə, 200 metr 19.19 saniyə).

Əlavə edək ki, Bolt Pekin və London olimpiadalarında hər üç qızıl medalı qazanıb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord