“Dahi mən deyiləm, Nicatdır” – millinin baş məşqçşi

“Dahi mən deyiləm, Nicatdır” – millinin baş məşqçşi
OLİMPİYA-2016 11 Avqust 2016 / 12:17 8620
-  A +

Qazaxıstanın ağır atletika üzrə millisinin baş məşqçisi Aleksey Ni azərbaycanlı Nicat Rəhimovun bu komandaya Rio Olimpiya Oyunlarının qızıl medal qazandırmasını şərh edib.

Qol.az-ın xəbərinə görə, N.Rəhimov birdən 165 kq, təkanla isə 214 kq ağırlığın öhdəsindən gəlib və birinci yeri tutub.

sports.kz saytına müsahibəsində Aleksey Ni deyib: “O, heç vaxt, hətta məşqlərdə də bu qədər çəki qaldırmamışdı. Rəhimovla riks etmək olardı və biz bunu bacardıq”.

Jurnalistin “Siz dahisiniz” replikasına isə baş məşqçi belə cavab verib: “Mən yox, o (Nicatı nəzərdə tutur – red.) dahidir. Mən yalnız öz işimi görürəm”.


Son xəbərlər