«Trabzonspor»un prezidenti: «Fatih Təkkəyə görə azərbaycanlı iş adamına zəng etdim»

«Trabzonspor»un prezidenti: «Fatih Təkkəyə görə azərbaycanlı iş adamına zəng etdim»
XƏBƏR 29 Yanvar 2010 / 11:08 2164
-  A +

Türkiyənin «Trabzonspor» klubunun prezidenti Sadri Şener Sankt-Peterburqun «Zenit» klubunun futoblçusu Fatih Təkkənin komandasına transferi ilə bağlı yeni açıqlama verib. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, o, Fatih Təkkəni komandasına gətirmək üçün bütün imkanlardan istifadə etdiyini deyib: «İş adamı olan azərbaycanlı dostumdan xahiş etdim ki, Fatihlə görüşsün. Danışıqlardan sonra dostum məndən soruşdu ki, «bu futbolçunun sizdə oynamaq istədiyinə əminsiniz?». Gürcüstanlı klub prezidentindən də eyni xahişdə bulundum və yenə oxşar cavab aldım».
«Trabzonspor»un prezidenti başqa bir neçə varianta da əl atdıqlarını, amma Təkkənin bu komandaya gəlmək istəmədiyini söyləyib: «Biz artıq bu mövzunu qapamışıq».


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"