Rio-2016: cüdoçumuz medalsız qaldı

Rio-2016: cüdoçumuz medalsız qaldı
OLİMPİYA-2016 10 Avqust 2016 / 22:58 14373
-  A +

Rio Olimpiadasında cüdo yarışları davam edir.

Qol.az-ın məlumatına görə, ölkəmizi təmsil edən Məmmədəli Mehdiyev bu gün ilk görüşünə çıxıb.

90 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/16 finalda Denis Kirillə (Rusiya) qarşılaşıb və rəqibinə ipponla qalib gəlib.

Onun 1/8 finalda rəqibi Tyaqo Kamilo (Braziliya) olub. Təmsilçimiz bu görüşdən də qalib ayrılıb. Mehdiyev rəqibindən vazari və yuka xalı ilə üstün olub.
 
M.Mehdiyev 1/4 finalda Donqan Qvak (Koreya) ilə görüşüb. 4 dəfə xəbərdarlıq alan təmsilçimizə texniki məğlubiyyət verilib.
 
M.Mehdiyev mübarizəsini təsəlliverici görüşdə Otqonbaatar Lxaqvasuren (Monqolustan) olub. Rəqibinə yuka xalı ilə uduzan idmançımız medalsız qalıb.

 


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı